Yuxarı
    Bağlamaq

    Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub - EKSKLÜZİV

    Mərkəz publik hüquqi şəxs statusu alıb

    Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.

    “Report”un xəbərinə görə, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.

    BSM-in baş həkimi Hikmət Həsənov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq: “BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi, fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi