Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub - EKSKLÜZİV

Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub - EKSKLÜZİV Mərkəz publik hüquqi şəxs statusu alıb
Sağlamlıq
20 Dekabr , 2017 15:26
Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub - EKSKLÜZİV

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.

“Report”un xəbərinə görə, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.

BSM-in baş həkimi Hikmət Həsənov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq: “BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi, fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”. 

Son xəbərlər

Orphus sistemi