Yuxarı

Azərbaycanda məktəblərin dezinfeksiya olunmasına başlanılıb

Səhiyyə naziri əmr imzalayıb

Səhiyyə naziri əmr imzalayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda "donuz qripi" virusunun qarşısının almaq məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində ölkədə yerləşən təhsil müəssisələrinin dezinfeksiya işlərinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazir Oqtay Şirəliyev yanvar ayının 19-da bununla bağlı əmr imzalayıb.

Nazirlik rəsmisi bldirib ki, əmrə əsasən, bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində Şəhər Dezinfeksiya Stansiyaları tərəfindən dezinfeksiya işləri aparılacaq: "Artıq ağır-kəskin resperator xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan müasir yüksək effektli dərman preparatları tibb müəssisələrinə çatdırılıb. Tibb personalı üçün qoruyucu vasitələr, eləcə də əhalinin maarifləndirilməsi üçün xüsusi bukletlər göndərilib, dezinfeksiya işləri genişləndirilib və bütün məktəblərdə qabaqlayıcı dezinfeksiya tədbirlərinin aparılması təmin edilir".

O, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda epidemioloji durum sabitdir və bu günədək "donuz qripi" xəstəliyi qeydə alınmayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi