Məhərrəm ayı boyunca könüllü qanvermə aksiyasının keçiriləcəyi məkanlar açıqlanıb - SİYAHI

Məhərrəm ayı boyunca könüllü qanvermə aksiyasının keçiriləcəyi məkanlar açıqlanıb - SİYAHI Siyahıda qan götürmək üçün şəraiti olan məscid də var
Sağlamlıq
13 Oktyabr , 2016 17:47
Məhərrəm ayı boyunca könüllü qanvermə aksiyasının keçiriləcəyi məkanlar açıqlanıb - SİYAHI

Bakı. 13 oktyabr. REPORT.AZ/ Məhərrəm ayı boyunca ehtiyacı olanlar üçün könüllü qanvermə aksiyası Mərkəzi Qan Bankı və onun bölgələri əhatə edən 8 bölməsində - Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, Şirvan və Bərdə şəhərlərində də davam edəcək.

Bu barədə "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. 

Onun sözlərinə görə, şənbə və bazar günləri insanlar "Mir-Mövsüm ağa" məscidində qan verə bilərlər: "Mir-Mövsüm ağa" məscidində ilboyu qan vermək mümkündür. Məscid hər cür şəraiti olan xeyriyyə Qan Bankı tikib. Bizim əməkdaşlar ilboyu şənbə və bazar günləri orda olur və ziyarətə gələnlər arasında könüllü qan vermək istəyənlərdən qan götürür".

Qeyd edək ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub. 

Son xəbərlər

Orphus sistemi