Yuxarı

Malayziyada 3 nəfər koronavirusa yoluxub

malayziyada-3-nefer-koronavirusa-yoluxub

Malayziyada 3 nəfər koronavirusa yoluxub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Dzulkefli Ahmad məlumat verib. 

Bildirilib ki, hər üç xəstə Çin vətəndaşıdır. Onların hazırda Sinqapurda koronavirusdan müalicə olunan bir nəfərdən yoluxduğu deyilir.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 1280-i ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələri hazır olmağı tövsiyə edib.

Alparslan Öztürk

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi