Lənkəranda uşaq bağçasında qidalanma ilə bağlı standartın tələblərinin pozulduğu aşkarlanıb

Lənkəranda uşaq bağçasında qidalanma ilə bağlı standartın tələblərinin pozulduğu aşkarlanıb Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib
Sağlamlıq
27 May , 2015 17:56
Lənkəranda uşaq bağçasında qidalanma ilə bağlı standartın tələblərinin pozulduğu aşkarlanıb

Bakı. 27 may. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi Lənkəran şəhəri, Su qəsəbəsi 8 ünvanında yerləşən 16 nömrəli uşaq bağçası və Vaqif küçəsi 2 ünvanında yerləşən 6 nömrəli körpələr evində qidalanma ilə bağlı standartın tələblərini yoxlayıb.

"Report" xəbər verir ki, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Araşdırma zamanı müəyyən olunub ki, hər iki tərbiyə müəssisəsində AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komisiya tərəfindən nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.

Aşkar olunan bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.

Son xəbərlər

Orphus sistemi