Ötən ay 66 nəfər qidadan zəhərlənib, bir nəfər dünyasını dəyişib

Ötən ay 66 nəfər qidadan zəhərlənib, bir nəfər dünyasını dəyişib Sentyabrda Azərbaycanda 2 botulizm hadisəsi qeydə alınıb
Sağlamlıq
14 Oktyabr , 2015 16:53
Ötən ay 66 nəfər qidadan zəhərlənib, bir nəfər dünyasını dəyişib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ötən ay Azərbaycanda 39 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, sentyabr ayında qida zəhərlənmələrindən ümumilikdə 66 nəfər zərər çəkib.

Şöbə müdiri qeyd edib ki, ötən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb: "Bu hadisədən 2 nəfər zərər çəkib. Onlardan biri evdə hazırlanan tutmadan zəhərlənərək dünyasını dəyişib. Hadisə Bakıda baş verib".

Qeyd edək ki, avqust ayında 91 qida zəhərlənməsi hadisəsi baş vermişdi və 187 nəfər zərər çəkmişdi.

Son xəbərlər

Orphus sistemi