Kardioloq: “İsa Qəmbər infarkt keçirib”

Kardioloq: “İsa Qəmbər infarkt keçirib” “O, xəstəxanaya gətiriləndə ümumi vəziyyəti çox ağır idi”
Sağlamlıq
15 Yanvar , 2018 11:38
Kardioloq: “İsa Qəmbər infarkt keçirib”

Bakı. 15 yanvar. REPORT.AZ/ “Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər evində olarkən infarkt keçirib. Bundan sonra təcili yardımla kardioloqa və səhhəti ciddi problem olduğundan Mərkəzi Klinikaya gətirildi”.

Bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov deyib.

Onun sözlərinə görə, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır və şok vəziyyətində olub: “Təzyiqi 70, ümumi vəziyyəti çox ağır idi. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti toparlaya bildik. İndi hər şey qaydasındadır. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”. 

Son xəbərlər

Orphus sistemi