İrandan qayıdan Ağdaş sakini karantinə alındı

İrandan qayıdan Ağdaş sakini karantinə alındı Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çağırış edib.
Sağlamlıq
29 Fevral , 2020 06:23
İrandan qayıdan Ağdaş sakini karantinə alındı

Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çağırış edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımi tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib. Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdirilib.

S.Nuralıyev xəstəxanaya yerləşdirildikdən 14 gün sonra evə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi