“Hazırda səhhətim normaldır və müalicəmi
Bunu “Report”a açıqlamasında Ukraynanın Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev deyib.
O bildirib ki, əvvəlki günlərə nisbətən səhhətində irəliləyiş var: “Burada 21 gün müalicə kursu keçəcəm. Onun bir həftəsi geridə qalıb. Əsasən fizioterapiya müalicəsi alıram. Buranın həkimləri deyir ki, sonrakı müddətdə vəziyyətim daha da yaxşı olacaq. Hələlik özüm-özümü tam idarə edə bilmirəm. Sol tərəfim demək olar ki, işləmir. Sadəcə ayağım bir az hərəkətlidir. Yanımda kimsə olmasa sərbəst gəzə bilmirəm”.
Z.Quliyev Ukraynada aldığı müalicədən razılıq edib: “Cənab Prezident
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gedən Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Milli Qəhrəmanın müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Mayın 11-də o, A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib.
Z.Quliyev mayın sonunda Azərbaycana qayıdıb və müalicəsini Respublika Neyrocərrahiyyə Xəstəxanasında 7-8 gün davam etdirib.