Yuxarı
    Bağlamaq

    Müvəkkil: Hepatit “C” və “B” virusu ilə bağlı dövlət hesabına verilən dərman siyahısı genişləndirilməlidir

    Bu təklif Ombudsmanın 2016-cı il üzrə illik məruzəsində yer alıb

    Bakı. 24 fevral. REPORT.AZ/ “Hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olan müraciətlər Səhiyyə Nazirliyinin “B” və “C” viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyasına göndərilib”.

    “Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsində bildirilib.

    Məruzədə qeyd olunub ki, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilən hepatit “C” və “B” virusuna yoluxmuş xəstələrin də dövlət hesabına dərman preparatları ilə təmin olunması zamanı müvafiq siyahının genişləndirilməsinə ehtiyac var.

    “Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər əldə edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talessemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son illərdə talessimyadan ölüm göstəricisi 5 dəfə azalıb” - məruzədə bildirilib.

    Qeyd edək ki, illik məruzə Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi