Gələn il Azərbaycanda Belarusun əczaçılıq müəssisəsinin yaradılmasına dair sənədlər imzalanacaq

Gələn il Azərbaycanda Belarusun əczaçılıq müəssisəsinin yaradılmasına dair sənədlər imzalanacaq Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində Belarusun əczaçılıq şirkətinin yaradılması üzrə son mərhələyə qədər qoymuşuq.
Sağlamlıq
28 Dekabr , 2017 12:38
Gələn il Azərbaycanda Belarusun əczaçılıq müəssisəsinin yaradılmasına dair sənədlər imzalanacaq
Report/ Orkhan Azim

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan ərazisində Belarusun əczaçılıq şirkətinin yaradılması üzrə son mərhələyə qədər qoymuşuq".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

"Gələn ilin əvvəlində müəssisənin yaradılması üzrə sənədlərin imzalanmasını, ilin ikinci yarısında isə onun tikintisiən başlanmasını planlaşdırırıq. Belə müəssisələr, təxminən, 2 il ərzində inşa edilir", - səfir bildirib.

O, bu zavodun maliyyələşdirilməsi məsələlərinin görüşlərdə müzakirə olunacağını qeyd edib: "Bu məsələdə Azərbaycan həm payçı ola bilər, həm də tam maliyyələşdirə bilər".

"Zavodda xərçəng şişlərinə qarşı müasir preparatlar istehsal olunacaq. Hazırda azərbaycanlı mütəxəssislərlə konstruktiv müzakirələr gedir. Bizim təcrübəmiz, kadrlarımız, texnologiyamız var. Maliyyələşmə ikinci dərəcəli məsələdir. İstehsal olunacaq preparatlara beynəlxalq tələb olmalıdır ki, üçüncü ölkələrin bazarlarına çıxarılsın", - G.Axramoviç vurğulayıb.

Son xəbərlər

Orphus sistemi