Fransada COVID-19-a yoluxan azərbaycanlıların hamısı sağalıb

Fransada COVID-19-a yoluxan azərbaycanlıların hamısı sağalıb Azərbaycanın Fransadakı səfirliyinə təxliyyə ilə bağlı 100-dən artıq Azərbaycan vətəndaşı müraciət edib.
Sağlamlıq
22 Aprel , 2020 11:05
Fransada COVID-19-a yoluxan azərbaycanlıların hamısı sağalıb

Azərbaycanın Fransadakı səfirliyinə təxliyyə ilə bağlı 100-dən artıq Azərbaycan vətəndaşı müraciət edib.

Bu barədə “Report”a səfirliyin konsulu Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, "Evə qayıdıram" portalı hələ ki, Rusiya ərazisində olan azərbaycanlılar üçün aktivdir: "Mərhələli şəkildə digər ölkələr üçün də aktiv ediləcək".

V.Əliyev Fransada azərbaycanlılar arasında koronavirusa (COVID-19) yoluxanların olub-olmamasına münasibət bildirib: “Həmvətənlərdən 3 nəfərdə koronavirus təsdiqini tapıb, hazırda hər biri sağalıb”.

O əlavə edib ki, martın əvvəlindən gücləndirilmiş iş rejiminə keçən səfirlikdə 24 saat fəaliyyət göstərən “Qaynar xətt” yaradılıb:

"Vətəndaşların müraciətləri onlayn rejimdə də qəbul edilir. Həmçinin səfirliyin sosial şəbəkə profilləri vasitəsilə vətəndaşların sorğuları cavablandırılır, eləcə də Fransa hökuməti tərəfindən qəbul edilən qərarlar, verilən tövsiyələr operativ şəkildə müxtəlif dillərdə hazırlanaraq paylaşılır. “Qaynar xətt” ilə yanaşı, konsulluğun telefon nömrələrinə gələn zənglər şəxsi nömrəyə yönləndirildiyindən konsulluğun sabit nömrələri 24 saat ərzində həmvətənlərimiz üçün əlçatandır".

Son xəbərlər

Orphus sistemi