Əhliman Əmiraslanov: “Psixoloji yardım sahəsində boşluğu təsadüfi adamlar doldurur”

Əhliman Əmiraslanov: “Psixoloji yardım sahəsində boşluğu təsadüfi adamlar doldurur” “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir
Sağlamlıq
20 Sentyabr , 2016 13:17
Əhliman Əmiraslanov: “Psixoloji yardım sahəsində boşluğu təsadüfi adamlar doldurur”

Bakı. 20 sentyabr. REPORT.AZ/ Milli Məclis “Psixoloji yardım haqqında” qanunun layihəsini hazırlayıb.

“Report”un xəbərinə görə, bunu Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.

O qeyd edib ki, “Psixoloji yardım haqqında” qanuna böyük ehtiyac var: “Psixoloji yardım hər bir müəssisə üçün vacib komponentlərdən biridir. Dünyada istər özəl, istərsə də dövlət olsun, elə bir tibbi müəssisə tapılmaz ki, orada bir və ya bir necə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir. Ancaq Azərbaycanda bu sahədə boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururlar. Bəzən onlar bu boşluqdan istifadə edib üzə çıxırlar”.

Komitə sədri deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də Milli Məclisin payız sessiyasında plenar iclasın müzakirəsinə çıxarılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi