Bu ilin 6 ayı ərzində Azərbaycanda heyvan dişləmələrinin statistikası açıqlanıb

Bu ilin 6 ayı ərzində Azərbaycanda heyvan dişləmələrinin statistikası açıqlanıb Ən çox heyvan dişləməsi faktı Sabunçu, Binəqədi, Xəzər rayonlarında qeydə alınıb
Sağlamlıq
11 Avqust , 2015 09:45
Bu ilin 6 ayı ərzində Azərbaycanda heyvan dişləmələrinin statistikası açıqlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin 6 ayı ərzində Azərbaycanda 8 129 nəfəri müxtəlif heyvanlar dişləyib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin həkim-epidemioloqu Nazənin Məmmədova məlumat verib.

Həkim-epidemioloqun sözlərinə görə, onlardan 7 066 nəfərini it, 666 nəfərini pişik, 253 nəfərini siçovul, 144 nəfərini isə digər heyvanlar dişləyib: "Keçən ilin analoji dövründə isə 7 786 nəfərdə dişləmə faktı qeydə alınıb. Onlardan 6 780 nəfərini it, 504 nəfərini pişik, 248 nəfərini siçovul, 154 nəfərini başqa heyvanlar dişləmişdi".

Bakı şəhəri üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasına gəlincə, yanvar-iyun aylarında Bakıda 2 499 dişləmə faktı qeydə alınıb. Belə ki, 1 927 nəfəri it, 390 nəfəri pişik, 138 nəfəri siçovul, 44 nəfəri başqa heyvanlar dişləyib. Keçən ilin analoji dövründə 2 194 nəfəri müxtəlif növ heyvanlar dişləyib. Yəni, 1 698 nəfər it, 296 nəfər pişik, 161 nəfər siçovul, 39 nəfər başqa heyvanların dişləməsinə məruz qalıb.

Şöbə rəsmisi onu da qeyd edib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il heyvan dişləmələrinin sayı 5,8 faiz artıb: "Bunun səbəbi yay fəslində itlərin küçələrdə çox olmasıdır". 

Ən çox heyvan dişləməsi faktının Sabunçu, Binəqədi, Xəzər rayonlarında qeydə alındığını diqqətə çatdıran həkim-epidemioloq əlavə edib ki, müvafiq dövrdə dişləmələr nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdun ölüm faktı olmayıb. 

Son xəbərlər

Orphus sistemi