Bu il Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə və müayinə olunan uşaqların sayı açıqlanıb

Bu il Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə və müayinə olunan uşaqların sayı açıqlanıb İnstitutun Konsultativ poliklinika şöbəsində 10 530 uşaq müayinədən keçirilib
Sağlamlıq
28 İyun , 2016 11:40
Bu il Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə və müayinə olunan uşaqların sayı açıqlanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu ilin birinci yarısında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müxtəlif dərəcəli sağlıq problemləri olan 4 500 uşaq gətirilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, eyni zamanda, bu ilin birinci yarısında institutun Konsultativ poliklinika şöbəsində 10 530 uşaq müayinədən keçirilib. 

Qeyd edək ki, ötən il K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müxtəlif problemləri olan 9 099 uşaq gətirilib. İnstitutun Konsultativ poliklinika şöbəsində isə 21 761 uşaq müayinədən keçirilib. 

Son xəbərlər

Orphus sistemi