Yuxarı

Bu gündən daha 1 122 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq

1 258 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gündən başlayaraq qiymətləri təsdiqlənmiş daha 1 122 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq. "Report" xəbər verir ki, 1 258 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.

Xatırladaq ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin 46%-nin qiyməti satışda olan qiymətləri ilə müqayisədə 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə dərmanların 95%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Qeyd edək ki, Tarif Şurası bu günə qədər dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsini nəzərə alaraq 3 540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixini təsdiq etmişdi ki, bunlardan 1 160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılırdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi