Yuxarı

Baş pediatr: “Salyanda doğulan üçəmlərdən sağ qalanının müalicəsi azı 10 həftə davam edəcək”

Nəsib Quliyev: “Körpənin vəziyyətində pisləşmə yoxdur, əksinə stabilləşmə var

Bakı. 24 iyun. REPORT. AZ/ “Salyan rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağırdı”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, dörd günlük körpənin müalicəsi davam edir: “Körpənin vəziyyətində pisləşmə yoxdur, əksinə stabilləşmə var. Amma müalicə uzun müddət davam etməlidi. Körpənin yaxşılaşması üçün azı 10 həftə vaxt lazımdır”.

N.Quliyevin sözlərinə görə, müalicə Səhiyyə Nazirliyinin rəhbərliyini nəzarəti altında ən yüksək səviyyədə davam etdirilir.

Qeyd edək ki, iyunun 20-də Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi