Yuxarı

Gigiyena və Epidemiologiya Mərkəzi: “Bakıda mağazalara çörək daşınması sahəsində böyük problemlər mövcuddur”

“Gecələr çörək, gündüzlər eyni maşınla adam daşımaq olmaz”

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Bakıda mağazalara çörək daşınması sahəsində böyük problemlər mövcuddur". Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, böyük müəssisələrdə çörək daşıyan maşınlar olsa da, kiçik müəssisələrdə, belə maşınlar ümumiyyətlə yoxdur: Böyük müəssisələrin bir-iki balaca maşını ola bilər. Kiçik sexlərin isə heç bir maşını yoxdur. Çörək daşıyanlar şəraiti olan maşınlara sahib olmalıdırlar. Gecələr çörək, gündüzlər eyni maşınla adam və digər əşyaları daşımaq isə qətiyyən olmaz".

İ.Abdullayev onu da bildirib ki, çörək daşıyan maşınlar sanitariya pasportu ilə təmin olunsa da, əsas məsələ sanitariya pasportunun verilməsi yox, maşınların içərisində şəraitin olmasıdır: "Çörək daşıyan maşın pas atmayan materialdan, yaxud taxta materialdan hazırlanmış yük yerinə malik olmalıdır. Maşınlar vaxtaşırı təmizlənməli və dezinfeksiya edilməlidir. Çörək daşınmasında istifadə olunan taxta qutular və s. vaxtaşırı 3 faizli sirkə turşusu məhlulu ilə dezinfeksiya olunmalıdır. Təmizlikdə istifadə olunan vasitələr başqa əşyalarla qətiyyən qarışdırıla bilməz. Çörək daşıyan maşına kənar şəxsin daxil olması da qadağandır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi