Azərbaycanda həkimləri internetdən axtarmaq üçün yeni xidmət yaradılıb

Azərbaycanda həkimləri internetdən axtarmaq üçün yeni xidmət yaradılıb Əhatəli məlumatların mövcudluğu istifadəçilərə hansı mütəxəssisə müraciət etmək barədə qərar verməkdə kömək edəcək
Sağlamlıq
9 Fevral , 2015 10:14
Azərbaycanda həkimləri internetdən axtarmaq üçün yeni xidmət yaradılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan bu ilin fevral ayından etibarən internet məkanında yeni, tibb mütəxəssislərinin axtarışı xidməti - www.mediloco.com fəaliyyətə başlayıb. "Report" xəbər verir ki, layihənin əsas səciyyəvi xüsusiyyətləri məlumat bazasının tamamlığı, xidmətdən istifadənin sadəliyi və internet dizaynına müasir yanaşmasıdır.

Xidmət Bakı və Azərbaycanın digər bölgələrinin həkim və digər tibb mütəxəssisləri barədə əhatəli və ən aktual məlumatları, o cümlədən fotoşəkillərini, əlaqə məlumatlarını, ünvanlarını, xəstə qəbul saatlarını, habelə həkimlərin peşəkar hazırlıq dərəcəsini sübut edən sənədləri (diplomlar, sertifikatlar və s.) təmin etmək məqsədi ilə yaradılıb. Tərtibatçılar ümid edir ki, bu cür əhatəli məlumatların mövcudluğu həm tibbi xidmətlərə ehtiyacı olan istifadəçilərə hansı mütəxəssisə müraciət etmək barədə qərar verməkdə kömək edəcək, həm də həkimlərin axtarışı prosesini sürətli və rahat edəcək.

"Çeviklik və rəqəmsal texnologiyalar çağında istifadəçilər istəyirlər ki, onlara lazım olan etibarlı məlumatı dərhal və hər hansı bir yerə müraciət etmədən əldə etsinlər. Xidmətin tərtibatçıları əmindirlər ki, Mediloco tibbi xidmətlər sektorunda bu ehtiyacı keyfiyyətli bir şəkildə ödəməyə qadirdir", - şirkətdən bildiriblər. 

Son xəbərlər

Orphus sistemi