​Azərbaycanlı gənc həkim Dünya Psixiatrlar Assosiasiyasının konfransında çıxış edib

​Azərbaycanlı gənc həkim Dünya Psixiatrlar Assosiasiyasının konfransında çıxış edib Onun çıxışı maraqla qarşılanıb
Sağlamlıq
28 Aprel , 2016 16:28
​Azərbaycanlı gənc həkim Dünya Psixiatrlar Assosiasiyasının konfransında çıxış edib

Tbilisi. 28 aprel. REPORT.AZ/ Tbilisidə Dünya Psixiatrlar Assosiasiyasının (DPA) beynəlxalq konfransı işə başlayıb. "Report" xəbər verir ki, üç gün davam edəcək tədbirdə psixiatriya elminin inkişafı, bu sahədə aparılan elmi tədqiqatlar, əldə olunan nailiyyətlər, mövcud problemlər barədə məlumatlar veriləcək, məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Dünyanın 30 ölkəsindən 400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı psixiatr həkimlər qrupu təmsil edir.

Konfransda Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxış edib. Konfransın əhəmiyyətini vurğulayan prezident bildirib ki, Gürcüstan artıq elmi-tədqiqatlar üzrə beynəlxalq və regional konfransların, elmi araşdırmaların keçirildiyi mərkəzə çevrilib.

Azərbaycanlı həkim Gülay Məmmədova konfransda çıxış edərək onkoloji xəstələrə onlara qoyulan diaqnozlarla əlaqədar məlumatların çatdırılması barədə fikirlərini bölüşüb. Onun çıxışı maraqla qarşılanıb.

Çıxışlar zamanı onkoloji xəstələrə xəstəlikləri barədə məlumatların çatdırılmasının mənfi təzahürləri barədə də fikirlər səslənib. Bununla belə, bu cür xəstələrə düçar olduqları problemlə əlaqədar məlumatların çatdırılmasının vacibliyi qeyd olunub.

Konfrans öz işini panel iclaslarda davam etdirib.

Son xəbərlər

Orphus sistemi