​Azərbaycanın birinci xanımı İstanbulda xərçənglə mübarizəyə dair sessiyada iştirak edib

​Azərbaycanın birinci xanımı İstanbulda xərçənglə mübarizəyə dair sessiyada iştirak edib Mehriban Əliyeva sessiyada çıxış edib
Sağlamlıq
14 Aprel , 2016 22:25
​Azərbaycanın birinci xanımı İstanbulda xərçənglə mübarizəyə dair sessiyada iştirak edib

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğulayıb və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu deyib. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirib.

Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb. “İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır”, - deyən Əminə Ərdoğan onu da vurğuladı ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.

Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışıb, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirib. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış edib.

Son xəbərlər

Orphus sistemi