Azərbaycanda xəstələrə meyit orqanlarının köçürülməsini nəzərdə tutan sənəd hazırlanır

Azərbaycanda xəstələrə meyit orqanlarının köçürülməsini nəzərdə tutan sənəd hazırlanır Mircəlal Kazımi: "Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir"
Sağlamlıq
13 Dekabr , 2017 11:41
Azərbaycanda xəstələrə meyit orqanlarının köçürülməsini nəzərdə tutan sənəd hazırlanır
Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi / Report/ Orkhan Azim

Bakı. 13 dekabr. REPORT.AZ/ "Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb".

“Report” xəbər verir ki, bunu xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: "Onların ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra xəstə ölümü olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından ən geniş yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi qeyd edib ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra ediblər: "Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il bir cütə belə əməliyyat icra olunub. Üç cüt də buna hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır. 

Şöbə müdiri bildirib ki, Gürcüstandan 9 xəstə, Rusiyadan isə 1 nəfər orqan köçürülməsi əməliyyatı keçirmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

Son xəbərlər

Orphus sistemi