Yuxarı

Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin reyestri yaradılıb

Reyestrə daxil olmaq üçün bütün həkimlərə kod paylanacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin reyestri yaradılıb. Xəstələr haqda bütün məlumatlar, eləcə də xəstəlik dövründə baş verən bütün proseslər dövlət reyestrinə daxil ediləcək". Bunu "Report"a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek bildirib.

Onun sözlərinə görə, bundan sonra həkimlər həmin elektron reystrə daxil olduqda xəstənin bütün arxivini görə biləcək: "Bu da həkimlərə düzgün müalicə aparmasına müsbət təsir göstərəcək. Reyestrə daxil olmaq üçün bütün həkimlərə kod paylanacaq. Çünki həkimlər fərqli müalicə üsulları seçir. Ona görə də heç bir həkim digərinin müalicə metoduna qarışa bilməyəcək".

Mərkəzin direktor müavini onu da qeyd edib ki, bəzi poliklinikalarda olan texniki çatışmazlıqlara görə hələlik elektron sistemin tam formalaşdırılması bir az yubanır: "Hesab edirəm ki, bu ilin sonu gələn ilin əvvəllərinə kimi sistem tam işə düşəcək. Başlanğıc olaraq 4-5 poliklinikada, sonra isə davamlı şəkildə bütün respublikada reyestr xidməti yaradılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi