​Azərbaycanda satışı və istifadəsi qadağan olunan dərman növləri açıqlanıb

​Azərbaycanda satışı və istifadəsi qadağan olunan dərman növləri açıqlanıb "Keyfiyyəti lazımi tələblərə cavab verməyən dərman vasitələri müxtəlif farmakoloji qruplara aiddir"
Sağlamlıq
7 Yanvar , 2015 09:25
​Azərbaycanda satışı və istifadəsi qadağan olunan dərman növləri açıqlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi ölkədə satışı və istifadəsi qadağan olunan dərman növlərini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"un sorğusuna cavab olaraq bildirib ki, respublikaya idxal zamanı müvafiq laborator müayinələrinin aparılmadığı və nəticədə istifadəyə yararlılıq sertifikatı ilə təmin olunmayan və həmçinin laborator müayinələr nəticəsində keyfiyyəti lazımi tələblərə cavab verməyən dərman vasitələri müxtəlif farmakoloji qruplara aiddir. "Bunlardan antibiotiklər, qeyri-steroid iltihab əleyhinə vasitələr, ağrıkəsicilər və antiallergik qrupuna daxil edilən dərman vasitələri üstünlük təşkil edir. Bu tip dərman vasitələri mütəmadi olaraq qanunvericilikdə müəyyən edilən qaydada məhv edilir. Keçən ilin yanvar-noyabr dövrü ərzində Nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi tərəfindən 436 seriyada dərman vasitəsinə dair 16 sayda müvafiq sərəncam verilərək qeyd edilən dərman vasitələrinin satışı qadağan olunub", - o bildirib.

Hazırda ölkədə 58 adda dərman vasitələrinin istehsal olunduğunu deyən Səfayə Əhmədova qeyd edib ki, keçən ilin 9 ayında 103 aptek təşkilatında keçirilən yoxlama nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 1464 qutu, istifadə müddəti bitən 4 qutu dərman preparatları nazirlik tərəfindən aşkar olunaraq müsadirə edilib: "Həmçinin, yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb".

Nazirlik rəsmisi eyni zamanda, ən çox istifadə olunan təbii mənşəli preparatların çoxunun bitki mənşəli məhsullara aid olduğunu da deyib. 

Son xəbərlər

Orphus sistemi