Azərbaycanda ilk dəfə "Kök hüceyrə transplantasiyası" əməliyyatı aparılıb

Azərbaycanda ilk dəfə "Kök hüceyrə transplantasiyası" əməliyyatı aparılıb Əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub
Sağlamlıq
7 İyul , 2015 09:51
Azərbaycanda ilk dəfə Kök hüceyrə transplantasiyası əməliyyatı aparılıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib. 

"Report" xəbər verir ki, məlumatı ATU yayıb.

Universitetin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyətlə ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib. Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə trans edilib.

Heyətin tərkibində Transplantologiya şöbəsinin müdiri Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri Qalib İmanov, Hematoloq Naidə Ağayeva, Molekulyar bioloq və genetik Fərid İsmayıllı, Həkim-Anesteziolog Məmməd Şirinov, rezident Mehriban Hüseynova iştirak edib.

Son xəbərlər

Orphus sistemi