Azərbaycanda icbari tibbi sığorta haqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib

Azərbaycanda icbari tibbi sığorta haqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib Agentlik direktoru: "Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir"
Sağlamlıq
14 İyun , 2017 15:13
Azərbaycanda icbari tibbi sığorta haqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib
Report.az

Bakı. 14 iyun. REPORT.AZ/ "Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir". 

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. 

Sığorta baza paketinə, sığorta məbləğinə gəlincə, o qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə məhz pilot rayonlar üçün baza paketi təsdiqlənib: "Fevral ayından etibarən pilot rayonlarda icbari tibbi sığorta tətbiq olunur. Həmin icbari tibbi sığortanın əsasında biz ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bu da ki, təcrübə əsasında ediləcək".
Onun sözlərinə görə, qanunvericilikdə sığorta haqları ilə bağlı dəyişiklik olunmalıdır: "Yəni bizim qanunvericilikdə hazırda sığorta haqları ilə bağlı maddə olmadığına görə bu tətbiq olunmur. Sığorta haqqının açıqlaması hələlik mediaya verilmir. Çünki hazırda biz öz maliyyə mənbələrimizlə bağlı təklifləri Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda da Prezident Administrasiyası da həmin sənədlə bağlı aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd artıq Milli Məclisə göndəriləcək. O zaman artıq biz açıqlaya bilərik".

Di­rektor qeyd edib ki, bu ilin fevral ayının birindən pilot layihə kimi iki rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb: "Nəticələr vətəndaşların bundan məmnun olduğunu göstərir. Eyni zamanda tibbi personalın məmnuniyyətində artım var. Vətəndaşların xidmətlərə əlçatanlığı kifayət qədər artıb. Hazırda pilot rayonlarda olan bütün sakinlər xidmətlərdən tam yararlana bilirlər".
Z.Əliyev bildirib ki, ötən dörd ayda pilot şəhər kimi seçilən Mingəçevirdə bir ayda cərrahiyə əməliyyatlarının sayı 700-ə qədər artıb: "Bu da onu göstərir ki vətəndaşların xidmətlərə əlçatanlığı artıb və vətəndaşlar da bu xidmətdən rahat şəkildə yararlanırlar".
O qeyd edib ki, Maliyyə Nazirliyi 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına  başlayıb: "Biz də orda iştirak edirik. Növbəti ilin büdcəsi üçün hesablamaları təqdim edirik". 

Son xəbərlər

Orphus sistemi