Yuxarı

Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb

“Ölkədə əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb”

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb. “Report”un verdiyi xəbərə görə, Bakıda keçirilən I Türkiyə- Azərbaycan Onkologiya Günlərində çıxışı zamanı Milli Onkologiya Mərkəz (MOM) direktorunun birinci müavini Əziz Əliyev bildirib ki, Azərbaycanda süd vəzisi, mədə və ağciyər xərçəngi ən çox yayılıb. 

Onun sözlərinə görə, MOM hər zaman xəstəxanaya müraciət edən hər bir xəstəni yüksək səviyyədə müalicə etməyə çalışır: “Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdi. MOM-un Cərrahiyə Korpusunun inşasından sonra bu sahədə irəliləyişlər oldu. Hazırda 9 bölgədə onkoloji dispanser yerləşir. Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi