Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb

Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb “Ölkədə əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb”
Sağlamlıq
11 Sentyabr , 2015 10:53
Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəlikləri növlərinin adları açıqlanıb. “Report”un verdiyi xəbərə görə, Bakıda keçirilən I Türkiyə- Azərbaycan Onkologiya Günlərində çıxışı zamanı Milli Onkologiya Mərkəz (MOM) direktorunun birinci müavini Əziz Əliyev bildirib ki, Azərbaycanda süd vəzisi, mədə və ağciyər xərçəngi ən çox yayılıb. 

Onun sözlərinə görə, MOM hər zaman xəstəxanaya müraciət edən hər bir xəstəni yüksək səviyyədə müalicə etməyə çalışır: “Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdi. MOM-un Cərrahiyə Korpusunun inşasından sonra bu sahədə irəliləyişlər oldu. Hazırda 9 bölgədə onkoloji dispanser yerləşir. Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir”.

Son xəbərlər

Orphus sistemi