Yuxarı

Azərbaycanda dəhşətli virusa yoluxan uşaqların sayı məlum olub

Hamiləlik dövründə İİV virusu aşkar olunan qadına antiretrovirus-terapiya tətbiq olunarsa bu virusun uşağa keçmə ehtimalı 1%-ə enər

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycanda İİV virusuna yoluxan uşaqların sayı 82 nəfərdir". "Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hamilə qadınların İİV müayinəsi hamiləlik zamanı vaxtında aparılmaldır: “Qadınların əksəriyyəti İİV-ə müayinədən keçirlər. Amma hamiləlik dövründə doğuşa yardım xidmətindən keçməyən hamilə qadınlardan sonradan uşaqlara keçmə halları qeydə alınır. İİV virusunun anadan uşağa ötürülmə ehtimalı 25-40 faiz arasındadır. Hamiləlik dövründə İİV virusu aşkar olunan qadına antiretrovirus-terapiya tətbiq olunarsa bu virusun uşağa keçmə ehtimalı 1%-ə enər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi