​Azərbaycanda 6 onkoloji xəstə xoşxassəli şişdən ölüb

​Azərbaycanda 6 onkoloji xəstə xoşxassəli şişdən ölüb Ümumillikdə, yenitörəmələrdən dünyasını dəyişənlərin sayı 6 982 nəfər olub
Sağlamlıq
4 Sentyabr , 2015 16:59
​Azərbaycanda 6 onkoloji xəstə xoşxassəli şişdən ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin 6 nəfərini xoşxassəli şişdən dünyasını dəyişənlər təşkil edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, ötən il ümumilikdə yenitörəmələrdən (bədxassəli və xoşxassəli şişlərdən) 6 982 nəfər ölüb. Onlardan 6 976 nəfəri bədxassəli, 6 nəfəri isə xoşxassəli şişdən ölənlərdir.

Həmçinin, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkənin tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə 37 932 nəfər xəstə qeydiyyatda olub. 

Son xəbərlər

Orphus sistemi