Yuxarı

Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirəcək

​Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dər

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında qida, veterinar və fitosanitar nəzarət və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Q.Təhməzli rəhbərlik etdiyi qurumun Gürcüstanın Milli Qida Agentliyi ilə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Gürücüstanın Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili və müvafiq qurumların nümayəndələri də iştirak ediblər.

Gürcüstana səfər çərçivəsində AQTA nümayəndə heyəti ölkənin Milli Qida Agentliyinin xüsusi avadanlıq və texnikası ilə tanış olub, həmçinin heyvanların sağlamlığı və bitki mühafizəsinə dövlət nəzarəti sistemi barədə ətraflı məlumat alıblar.

Əməkdaşlığın dərinləşdirilməsi məqsədilə hər iki ölkənin qida agentlikləri arasında anlaşma memorandumunun imzalanması planlaşdırılıb.

AQTA nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan laboratoriyaralaravə gömrük məntəqələrinə də baş çəkəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi