Yuxarı

Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

​Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 521,9 ton dərman preparatları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan dərman vasitələrinin ümumi dəyəri 20 mln. 864, 6 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı medikamentlər həcm baxımından 303,1 ton və ya 1,58 dəfə, dəyər baxımından 2 mln. 146,1 min dollar azalıb.

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 23 mln. 010,7 min dollar olan 825 ton dərman vasitəsi alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi