Avropada Hepatit A virusuna yoluxma halları artıb

Avropada Hepatit A virusuna yoluxma halları artıb 2016-cı ilin iyun ayından etibarən 674 virusa yoluxma halı qeydə alınıb
Sağlamlıq
16 May , 2017 11:12
Avropada Hepatit A virusuna yoluxma halları artıb

Bakı. 16 may. REPORT.AZ/ Avropanın 13 ölkəsində Hepatit A virusuna yoluxma halları artıb. "Report" xəbər verir ki, 2016-cı ilin iyun ayından etibarən 674 virusa yoluxma halı qeydə alınıb.

Virusa yoluxma halları Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, İrlandiya, Hollandiya, Portuqaliya, İspaniya və İsveçdə qeydə alınıb.

Qeyd edək ki, xalq arasında "sarılıq" kimi tanınan Hepatit A virusu çirkli sulardan, əllərdən, qida məhsullarından keçən qaraciyər xəstəliyidir. Onun inkubasiya müddəti 28 gündür.

Son xəbərlər

Orphus sistemi