Ötən il AQTİ laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb

Ötən il AQTİ laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb 2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 38 675 müraciət daxil olub.
Sağlamlıq
17 Yanvar , 2020 12:19
Ötən il AQTİ laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb
Report / Elchin Murad

2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 38 675 müraciət daxil olub.

''Report'' xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə, müraciətlərə əsasən ümumilikdə 1 289 806 nümunə müayinələrə cəlb edilib. 17 563 (1.37 % ) nümunədə uyğunsuzluq aşkarlanıb:

"Nümunələrdən 22 389-u (1.7 %) qida təhlükəsizliyi, 1 209 163-ü (93.7 %) baytarlıq nəzarəti, 58 254-ü (4.5 %) fitosanitar nəzarəti məqsədilə müayinə edilib. Nümunələrin 57 839-u idxal, 934 293-ü ixrac, 9 549-u aparılıb monitorinqlər, 17 846-sı fərdi istək, 369-u şikayət və 269 910-u digər növ əməliyyatlar üzrə müayinəyə cəlb olunub.

2019-cu il ərzində Qida Təhlükəsizliyi İnstitutunda 21-i ödənişli, 48-i ödənişsiz əsaslarla olmaqla ümumilikdə 69 təlim təşkil olunub. Bu təlimlərə ümumilikdə 3559 nəfər, o cümlədən 455 nəfər ödənişli, 3113 nəfər isə ödənişsiz olmaqla cəlb edilib. Təlimlərdə ümumilikdə 149 fərqli sahibkarlıq subyektinin əməkdaşları iştirak edib".

Son xəbərlər

Orphus sistemi