"Dövlət qurumları ilə birgə Abşeron rayonunu xəstəlikdən azad zona elan edəcəyik. Bu istiqamətdə tədbirlər həyata keçirilir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
O qeyd edib ki, 2019-2025-ci il Dövlət Proqramı çərçivəsində heyvanların identifikasiyası və bütün mərhələlərdə izlənməsi prosesi həyata keçiriləcək: "Hazırda Abşeron ərazisində həm fərdi təəssərüfatların, həm sahibkarlıq strukturlarında olan təsərrüfatların hamısında qeydiyyat aparılır. Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu prosedur qaydalara əsasən tədbirlərimizi həyata keçirməyə başlayacağıq".