Zaqatalada qanunsuz işləyən ət satışı məntəqələri aşkar olunub

Zaqatalada qanunsuz işləyən ət satışı məntəqələri aşkar olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Həftə” bazarında fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib.
Sağlamlıq
118
22 Sentyabr , 2021 12:00
Zaqatalada qanunsuz işləyən ət satışı məntəqələri aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Həftə” bazarında fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi