Zabratda müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Sağlamlıq
- 12 noyabr, 2026
- 10:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Zabrat qəsəbəsində ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Son xəbərlər
10:58
Kürdəmirdə Aqrar Biznes Festivalı keçiriləcək
ASK
10:55
Cəlil Cəlilov: "Qarşımızda yeni hədəflər var, eyni əzmlə davam edəcəyik"
Komanda
10:52
Foto
Zabratda müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Sağlamlıq
10:52
Foto
Genetik Ehtiyatlar İnstitutunda yeni rəhbər təyinatı olub
Elm və təhsil
10:45
Qoşqar Təhməzlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Daxili siyasət
10:44
AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib
Qarabağ
10:41
Avropa Siyasi Birliyindən qlobal dialoqa - Bakının yeni geosiyasi mövqeyi
Analitika
10:37
Foto
Azərbaycan və Hindistan holdinqi nəqliyyat və enerji əməkdaşlığını müzakirə edib
Biznes
10:37
"Liverpul" Trey Nyoni ilə müqavilənin müddətini yeniləməyə yaxındır
Futbol