Yevlaxda pandemiya əleyhinə dezinfeksiya işləri aparılır

Yevlaxda pandemiya əleyhinə dezinfeksiya işləri aparılır Yevlaxda rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib.
Sağlamlıq
10 Avqust , 2021 15:32
Yevlaxda pandemiya əleyhinə dezinfeksiya işləri aparılır

Yevlaxda rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.

Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri şəhər ərazisində yerləşən dövlət müəsisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda aparılıb.

Həyata keçirilən dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Son xəbərlər

Orphus sistemi