Azərbaycanda yeni doğulanların sarılıq xəstəliyinə yoluxmasının səbəbi açıqlanıb

Azərbaycanda yeni doğulanların sarılıq xəstəliyinə yoluxmasının səbəbi açıqlanıb Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində yerli və xarici araşdırma institutları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edilir
Sağlamlıq
181
18 Mart , 2021 12:35
Azərbaycanda yeni doğulanların sarılıq xəstəliyinə yoluxmasının səbəbi açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində yerli və xarici araşdırma institutları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edilir.

AQTA-da "Report"a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri aparılır, elmi tədqiqat işlərinin nəticələri nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilir.

İnstitutun Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə əməkdaşlığı çərçivəsində AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin əməkdaşları tərəfindən “Azərbaycan populyasiyasında yenidoğulmuşların hemolitik sarılığı xəstəliyinin molekulyar-genetik tədqiqi”nə dair elmi-tədqiqat işi aparılıb.

Elmi tədqiqat nəticəsində patoloji sarılıqların əksəriyyətində ana südü ilə qidalanmadan başqa sarılığa səbəb olan etiolojik faktorun məlum olmadığı müəyyən edilib. Lakin xəstəliyin əsas səbəbi olan hiperbilirubinemiyanın şiddətinin qidalanma vəziyyəti və qidalanma tipi, hamiləlik yaşı, doğuş ağırlığı, irq, coğrafi bölgə və genetik faktorlara görə də aydın şəkildə dəyişə biləcəyi qeyd olunub.

Tədqiqatın nəticələrini əks etdirən “Azərbaycan Respublikası populyasiyasinda qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığının yayılma tezliyi” adlı məqalə “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”da nəşr olunub.

Son xəbərlər

Orphus sistemi