“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq

“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq Əhali arasında yeni növ koronavirus (COVID 19) infeksiyası əleyhinə peyvənd vurdurmağa artan tələbatı nəzərə alaraq, vaksinasiya məntəqələrinin sayı artırılıb.
Sağlamlıq
14 İyul , 2021 19:22
“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq
0 : 00
0 : 00

Əhali arasında yeni növ koronavirus (COVID 19) infeksiyası əleyhinə peyvənd vurdurmağa artan tələbatı nəzərə alaraq, vaksinasiya məntəqələrinin sayı artırılıb.

"Report" xəbər verir ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə iyulun 15-dən etibarən “Yeni Klinika” tibb müəssisəsində “CoronoVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanılacaq.

Məlumata əsasən, peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi Heydər Əliyev prospekti, 142 ünvanında yerləşir.

Son xəbərlər

Orphus sistemi