Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib

Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib.
Sağlamlıq
1 May , 2024 15:20
Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib

Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda beyin ölümündən sonra donor olmaq istəyənlər var, amma say azdır:

"Koordinasiya Mərkəzi fəaliyyət göstərdikdən sonra ölkədə cəmi iki beyin ölümü hadisəsi gerçəkləşib. Xəstənin yaxınları ilə görüşülüb və heç biri köçürülmə üçün razılıq verməyib".

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2022-ci il qərarı ilə Azərbaycanda Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb.

Son xəbərlər

Orphus sistemi