“YAŞAT” Fondu səhhətində ciddi problemlər olan şəhid övladını Türkiyəyə göndərib

“YAŞAT” Fondu səhhətində ciddi problemlər olan şəhid övladını Türkiyəyə göndərib Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar Ələsgərovun səhhətində problemlər yaranıb.
Sağlamlıq
29 İyul , 2022 15:27
“YAŞAT” Fondu səhhətində ciddi problemlər olan şəhid övladını Türkiyəyə göndərib

Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar Ələsgərovun səhhətində problemlər yaranıb.

“YAŞAT” Fondundan "Report"a bildirilib ki, səhhətində ciddi problemlər olan şəhid övladı Türkiyəyə göndərilib

Qeyd olunub ki, Eldar Ələsgərov Seymur oğlu səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlayıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub.

Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün o, Bakıdakı özəl klinikalardan birinə köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci ilin 5 may tarixində əməliyyat olunub. 2022-ci ilin 15 iyun tarixinədək həmin klinikada stasionar müalicəsi davam edib. Həkimlərin rəyinə əsasən 15 iyun tarixindən stasionar müalicə başa çatıb və fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib.

2022-ci ilin 26 iyul tarixində Eldar Ələsgərovun vəziyyətinin pisləşməsi ilə bağlı ailə üzvləri tərəfindən məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb.

Mütəxəssislər tərəfindən 28 iyul tarixində verilən rəyə əsasən şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.

Vəziyyətin ciddiyəti nəzərə alınaraq, elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Müalicə prosesi Eldar Ələsgərovun tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq.

Son xəbərlər

Orphus sistemi