Nazirlikdən "Report"a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.
"Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində tibbi yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", - məlumatda vurğulanıb.
*** 10:47
Nazirlikdən "Report"a bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
*** 09:55
Nazirlikdən “Report”a bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.
Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
*** 09:23
Nazirlikdən “Report”a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.
Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.