XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresində 150-yə yaxın mühazirə oxunacaq

XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresində 150-yə yaxın mühazirə oxunacaq Bugünkü XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə apardıqları fikir mübadiləsinin praktikalarına tətbiq edilməsinə nail olmaqdır''.
Sağlamlıq
11 Sentyabr , 2019 11:36
XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresində 150-yə yaxın mühazirə oxunacaq

"Bugünkü XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə apardıqları fikir mübadiləsinin praktikalarına tətbiq edilməsinə nail olmaqdır''.

''Report'' xəbər verir ki, bunu Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri professor, konqresin sədri Rauf Ağayev deyib.

Onun sözlərinə görə, Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyəti hər il müxtəlif ölkədə bu cür konqreslər keçirir: ''Konqresdə 20-dən çox ölkədən mütəxəssislər iştirak edir. Azərbaycan 1996-cı ildən Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin üzvüdür. 1997-ci ildə ilk konqres Azərbaycanda keçirilib. Builki konqres də akademik Böyükkişi Ağayevə həsr edilib. Üç gün ərzində 150-yə yaxın mühazirə və elmi çıxışlar dinlənilcək".

R.Ağayev vurğulayıb ki, konqresdə qaraciyər transplantasiyasına aid olan böyük çıxış olacaq: ''Avstraliya, Amerika və Türkiyədən gələn mütəxəssislər öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub''.

Son xəbərlər

Orphus sistemi