Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub

Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub
Sağlamlıq
28 Sentyabr , 2023 13:08
Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin Səhiyyə iqtisadiyyatı şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə deyib.

Onun sözlərinə görə, Xidmətlər Zərfi 30%-dən çox kummulyativ inflyasiya və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən bu ilin avqust ayında yenilənib: "Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb. Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılmışdır. Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub".

Şöbə müdiri bildirib ki, ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb.

Şamxal Cəmilzadə tibb heyətinin əməkhaqlarının artırılması, rəqabətlilik və əlçatanlığın artırılması, tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi və tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsinə təşviq edilməsinin tarif dəyişikliyinin nəticələri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi