Xərçəngin müalicəsində inqilab yaradacaq araşdırmaya nail olunub

Xərçəngin müalicəsində inqilab yaradacaq araşdırmaya nail olunub Müalicədən sonra şişlərin həddindən artıq azaldığı məlum olub
Sağlamlıq
115
10 Yanvar , 2015 11:23
Xərçəngin müalicəsində inqilab yaradacaq araşdırmaya nail olunub

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransız elm adamları mədəaltı vəzi xərçənginin müalicəsində inqilab yaradacaq araşdırmaya nail olublar. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun (İnserm) elm adamlarının tədqiqat nəticələri müalicə üçün zəmin yaradıb. Belə ki, onlar tədqiqatlarında yalnız xərçəng hüceyrələrini öldürməsi üçün virusun tərkibində dəyişiklik ediblər.

Onlar laboratoriyada həyata keçirdikləri araşdırmada "herpes simplex" adı verilən virusdan hazırlanan yeni virusun sağlam hüceyrələrə zərər vermədən mədəaltı vəzi xərçəngi hüceyrələrində çoxaldığını və bunların çoxunu məhv etdiyini aşkara çıxarıblar.

Elm adamları həmçinin dəyişikliyə məruz qalan yeni virusu mədələrində şiş olan insan hüceyrələrinin nəql edildiyi siçanlara 1 doza miqdarında vurublar. Bu müalicədən sonra şişlərin həddindən artıq azaldığı və əlavə təhlükəli göstəricilərə rast gəlinmədiyi müşahidə edilib.

Araşdırmanın nəticələri institutun internet səhifəsində dərc olunub.

Qeyd edək ki, mədəaltı vəzi xərçəngi xərçəng növlərinin ən ölümcülüdür. Belə ki, diaqnozdan sonra xəstələrin dörddə üçündən çoxu 1 il ərzində həyatını itirir.

Son xəbərlər

Orphus sistemi