WB: Azərbaycanda tam vaksinlənmiş insanların sayı dünya göstəricisindən yüksəkdir

WB: Azərbaycanda tam vaksinlənmiş insanların sayı dünya göstəricisindən yüksəkdir Sentyabrın sonuna qədər, Avropa və Mərkəzi Asiya regionunun 5 ölkəsində (Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə) tam vaksinlənmiş insanların sayı dünya üzrə orta göstəricisindən yüksək idi.
Sağlamlıq
6 Oktyabr , 2021 09:24
WB: Azərbaycanda tam vaksinlənmiş insanların sayı dünya göstəricisindən yüksəkdir

Sentyabrın sonuna qədər, Avropa və Mərkəzi Asiya regionunun 5 ölkəsində (Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə) tam vaksinlənmiş insanların sayı dünya üzrə orta göstəricisindən yüksək idi.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Sənədə əsasən, vaksinləşmə sürəti son zamanlarda artsa da, qismən yüksək vaksin istəksizliyi səbəbi ilə bölgə iqtisadiyyatlarının üçtə birində vaksin dozalarının sayı qlobal nisbətin təxminən yarısı və ya daha aşağı idi.

Aşağı vaksinləşmə nisbətlərinə sahib bir çox Avropa və Mərkəzi Asiya ölkələrində, III rübdə koronavirusdan ölüm hallarında artım xüsusilə nəzərə çarpıb.

Xatırladaq ki, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 8 milyon 795 min 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 824 min 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 milyon 971 min 249 təşkil edir.

Avqust ayından etibarən isə Azərbaycanda 3-cü doza peyvəndləmə üçün onlayn növbə xidməti istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi