Vüqar Qurbanov: Hazırda 3 mindən çox tibbi xidmət ödənişsizdir

Vüqar Qurbanov: Hazırda 3 mindən çox tibbi xidmət ödənişsizdir Hazırda 3 min 315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir. "Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Sağlamlıq
23 Dekabr , 2024 11:28
Vüqar Qurbanov: Hazırda 3 mindən çox tibbi xidmət ödənişsizdir
Vüqar Qurbanov

Hazırda 3 min 315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür.

V.Qurbanov qeyd edib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği ötən ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil edərək ümumilikdə 42% artıb.

O əlavə edib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib:

“Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub. “Tibbi sığorta haqqında” qanuna əsasən, sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 min 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib”.

Son xəbərlər

Orphus sistemi