Viktor Qasımov: “Sputnik V” yüksək effektliliyə malikdir”

Viktor Qasımov: “Sputnik V” yüksək effektliliyə malikdir” Pandemiya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır
Sağlamlıq
2 May , 2021 15:39
Viktor Qasımov: “Sputnik V” yüksək effektliliyə malikdir”
Viktor Qasımov

“Bildiyiniz kimi dünyada koronavirus pandemiyası davam edir və artıq iki ildir biz bu vəziyyətdə yaşayırıq. Xəstəliklə mübarizədə dünya ölkələri tərəfindən görülən tədbirlər hələ ki, əsaslı dönüş yarada bilməyib”.

“Report”un məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, pandemiya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır:

“Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Ölkə Prezidenti İlham Əliyevin və hörmətli Birinci Vitse-Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib.

İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirldi. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq. “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 60-dan çox ölkəsində qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

Son xəbərlər

Orphus sistemi